Gəncədə bədbəxt hadisə baş verib.
Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.
Belə ki, 1976-cı il təvəllüdlü İmişli sakini Niyaz Vəliyev sözügedən ünvanda quyuya düşüb.
Xəstəxanaya yerləşdirilən 47 yaşlı kişi həkimlərin tibbi müayinəsinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır