67356cb45eb01202411242124
İndi kişilər efirlərə çıxıb, utanmadan həyat yoldaşları ilə bağlı... - Aktrisadan bəylərə SƏRT SÖZLƏR

"Əvvəllər gözəl bir deyim var idi. Bir sirr, söz olanda deyirdilər kişinin hülqumu olar. İndiki bəzi kişilərin hülqumu yoxdur..."

Bunu tanınmış aktrisa Sanura Cəfərova yenicag.az-a açıqlamasında deyib.

Aktrisa sosial və şou tipli verilişlərə çıxıb ailə sirlərini açmağı kişi adına ləkə kimi dəyərləndirib: "İndiki dövrdə kişilər qadınlardan betər olublar. Gözəl bir deyim var, kişinin hülqumu olar. Təəssüflər olsun ki, artıq bu deyim yaddan çıxıb. Kişilər dedi-qodu etməkdə qadınları da ötüb keçiblər. Əvvəllər kişilər nə olursa-olsun, kiminsə sirrini açmazdılar. Bunu özlərinə ar bilərdilər. Amma indi bəzi kişilər efirlərə çıxıb, utanıb ar bilmədən həyat yoldaşları ilə bağlı nalayiq ifadələr işlədir, "arvadım mənə xəyanət etdi", "arvadımı filankəslə tutum" kimi efirə deyilməsi ayıb sayılan sirlərini açır..."

Sanura xüsusən sənət adamlarının bu cür açıqlamalar verməsini gündəmə gəlmək, məşhurlaşmaq və bu vasitə ilə səs-küy yaratmaq məqsədi daşıdığını təəssüf hissi ilə bildirib: "Xüsusən də tanınmış insanların efirə çıxıb verilişlərdə bu dedi-qoduları etməsi, öz şəxsi həyatını gündəmə gətirməsi, həyat yoldaşı və digər yaxınları ilə bağlı sirləri açıb-tökməsi, el-aləmə car çəkməsi mənə görə qəbul olunmazdır. Kişi necə öz həyat yoldaşı, uşaqlarının anası barədə təhqiramiz ifadələr işlədə bilər? Boşansalar da belə... Mənə elə gəlir ki, bu cür açıqlamaların alt qatında məşhurlaşmaq, gündəmdə səs-küy yaradaraq, diqqəti özünə çəkmək həvəsi dayanır. Təsəvvür edin, həmin insanlarda gündəmdə qalmaq həvəsi o qədər güclü olur ki, kişilik belə gözünə görünmür". 

14.11.2024 07:21
219

(MGID): :
OXŞAR XƏBƏRLƏR