Almaniyada keçirilən Avropa çempionatında bu gün 1/4 final mərhələsinə yekun vurulub.
Panarama.az xəbər verir ki, günün ilk oyunu İngiltərə və İsveçrə yığmaları arasında baş tutub. Əsas vaxtı 1:1 hesabla başa çatan oyunda qalib penaltilər seriyasında müəyyənləşib. Bu mərhələdə ingilislər 5:4 hesabı ilə üstün olub və mərhələ adlayıb.
Son olaraq Niderland və Türkiyə yığmaları üz-üzə gəlib. "Narıncılar" "ay-ulduzlular"ı 2:1 hesabla məğlub edərək yarımfinala yüksəlib.
Beləliklə, yarımfinalda İspaniya Fransa ilə, İngiltərə isə Niderlandla üz-üzə gələcək.
AÇ-2024
1/4 final
6 iyul
20:00. İngiltərə – İsveçrə 1:1
Penaltilər: 5:4
Baş hakim: Daniele Orsato (İtaliya).
Düsseldorf. “Merkur Spiel-Arena”.
23:00. Niderland – Türkiyə 2:1
Baş hakim: Kleman Türpen (Fransa).
Berlin. “Olimpiastadion”./offsideplus.az