64d884fb18f49202308232339
İnsan beyni haqqında bilmədiyiniz 10 fakt

Mütəxəssislər uzun illər boyunca beyinin insanın intellektinə necə təsir göstərdiyini müşahidə edirlər. İnsan beyni haqqında bir neçə dəqiq faktlar mövcuddur.

İnsan beyini bütün orqanlardan daha artıq enerji sərf edir. Beyinin ümumi ölçüsü bədənin cəmi 2%-ni təşkil etsə də, digər orqanlardan fərqli olaraq, 20% oksigen tələb edir. Beyində oksigen çatışmazlığı yaranan zaman əsnəməyə başlayırıq, oksigenin beyinə normal miqdarda çatdığı zaman insan daha fəal və gümrah olur.

Beyinin tam inkişafı 7 yaşda bitir, ölçüləri isə 18 yaşa qədər böyüyür. Ona görə usaqlar fərqli dilləri daha yaxşı qavraya bilirlər.  Məsələn, 4 yaşlı balaca qızcığaz Bella Devatkina 7 dildə danışa bilir.

İnsanın sinir toxumaları bərpa olunur, çünki neyronlar bölünərək daim inkişafda olurlar. Uzun illər boyunca alimlərin sinir toxumaların bərpa olmasını mümkün saymırdılar, lakin son müşahidələrə görə bu açıqlamalarını təkzib ediblər.

Qadınların beyni kişilərdən 8-13% daha balacadır, lakin qadınlar beynin ehtiyatlarından daha səmərəli şəkildə istifadə edirlər. İnsan beyninin hippokamp adlanan hissəsi emosiyaların formalaşmasına və zehni bacarıqların idarə edilməsinə cavabdehdir. Qadınlarda hippokamp hissəsi daha kiçik olsa da, daha effektli işləyir, çünki qadınların beynində  neyron bağlantıları daha çoxdur.

Beyində ağrı reseptorları yoxdur və ağrı hiss etmir. Beyin çoxlu sayda toxuma, sinir və qan damarları ilə əhatə olunduğu üçün ağrıya çox həssasdır.

İnsan beyni 80% sudan ibarətdir. Əksər insanlar beyin dediklərində qoz ləpəsinə oxşar tünd bir maddə təsəvvür edirlər. Lakin  əslində belə deyil, beyin qəhvəyi rəngdə olan, əksəriyyəti sudan və qandan ibarət olan bir orqandır.

Heç bilirdinizmi, 3 yaşlı uşağın əsəb hüceyrələri böyük insandan 3 dəfə daha çoxdur?! Zamanla bu hüceyrələr ölür, ona görə elə erkən yaşlardan uşaq beynini inkşaf etdirmək lazımdır.

Beyinə daxil olan və çıxan sinir impulslarının sürəti saatda 288 kilometrə bərabərdir və bu impulsların sürəti idman avtomobillərinin sürəti ilə müqayisə olunur.

Alimlər qeyd ediblər ki, yediyimiz  yeməklər bizim beynimizə çox təsir edir, yəni yediklərimizlə beyin  hüceyrələrimizin təması çox böyükdür. Alimlər düzgün qidalanmağı məsləhət görürlər.

13.08.2023 11:22
508

(MGID): :
OXŞAR XƏBƏRLƏR