İnsanı xərçəngdən qoruyan yeni orqan elan edildi
Massaçuset institutunun alimləri müəyyən edib ki, timus vəzisi hansı ki, yaşlı insanlar üçün lazımsız orqan hesab edilirdi, orqanizmi xərçəngdən müdafiə edə bilər.
Panarama.az “Medicina”-ya istinadən xəbər verir ki, bu vəz döş qəfəsinin ortasında yerləşir və anadan olandan 15 yaşa kimi çox aktiv, hətta ölçüsü də böyük olur. Bu vəz hücumçu T immun hüceyrələrin hasilinə cavabdehdir.
Yaşlı insanlarda o finksiya göstərməyən orqan hesab edilir və hətta bir çox əməliyyatlarda doş qəfəsini açmağa mane olur deyə kəsilib götürülür. Yəni insanın artıq bu orqana ehtiyacı olmadığı düşünülür.
Yeni elmi araşdırma ilk dəfə sübut etdi ki, timus vəz hətta yaşlı insanlarda da autoimmun və xərçəng xəstəliyinə qarşı mübarizədə əhəmiyyətli rol oynayır.
Alimlər 1146 ürək əməliyyatı keçirilərkən timus vəzi çıxarılmış xəstələrlə, 1140 timus vəzi yerində olan pasiyentləri müqayisə ediblər.
Onlar T hüceyrələr və bəzi sağlamlıq biomarkerlərinin hasilini də ölçüblər.
Əməliyyatdan 5 il sonra timus orqanı çıxarılan xəstələrin 90%- yaşayırdı. Timus vəzisi çıxarılmayanlar qrupunda isə 97% sağ idi.
Bu o deməkdir ki, timusun çıxarılması səbəbindən yaşama şansı 2,9 % aşağı düşür.