655250cc12f84202311233732
İnsanları izləyən gizli təhlükə...

Anqlia Ruskin Universitetinin alimləri müəyyən ediblər ki, psixi pozğunluğun olması fiziki xəstəliklərin inkişaf riskini demək olar ki, iki dəfə artırır.

Panarama.az bildirir ki, tədqiqatın nəticələri BMJ (British Medical Journal) jurnalında dərc olunub.

Tədqiqatçılar psixi və fiziki sağlamlıq arasında əlaqəyə dair 19 elmi məqaləni təhlil ediblər. Bu tədqiqatlar çərçivəsində aparılan tədqiqatlarda 7,6 milyondan çox insan iştirak edib.

Məlum olub ki, psixi pozğunluqlardan əziyyət çəkən insanların hər hansı fiziki xəstəliyə tutulma ehtimalı 1,84 dəfə çoxdur.

Depressiya, bipolyar şəxsiyyət pozğunluğu və şizofreniya xəstələri tez-tez şəkərli diabet, piylənmə, hipertoniya, epilepsiya, xərçəng, tənəffüs, damar, böyrək və mədə-bağırsaq xəstəlikləri inkişaf etdirir.

Bu vəziyyət multimorbidlik adlanır. Bu, bir xəstədə müxtəlif mənşəli bir neçə xroniki xəstəliklərin birləşməsidir. Bu əlaqənin altında yatan mexanizmlər tam başa düşülməyib.

Tədqiqatçılar hesab edirlər ki, psixi pozğunluğu olan insanlarda yanaşı xəstəliklərin səmərəsiz müalicəsi onların vəziyyətini daha da pisləşdirir./baku.ws

13.11.2023 20:36
251

(MGID): :
OXŞAR XƏBƏRLƏR