Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.
Panarama.az axşam.az-a istinadən bildirir ki, sənətçi "Bizimləsən" verilişində övladlarına qarşı valideynlik borcunu yerinə yetirməyən anadan yazıb:
"Bu gün çox dəhşətli hadisələrə şahid olduq. Ana üç uşağına sahib çıxmaq istəmirdi. Küçədəki heyvanlar bu cür "ana"lardan yaxşı balalarına sahib çıxır! İnsanların heyvanlardan öyrənəcəyi çox şeylər var...".