652b6295e1604202310235501
İnsanların qənimi - Qaraciyər sirrozu...

Sirroz qaraciyər toxumasının çapıqlaşmasını təsvir edən bir anlayışdır. Sirroz zamanı qaraciyərin normal  fəaliyyətini təmin edən hüceyrələrin miqdarı azalır və onların yerini çapıq toxuması tutur. Qaraciyərdə çapıqlaşma fərqli səbəblərdən baş verən iltihabi proses nəticəsində formlaşır. Sirrozun ilkin mərhələlərində qaraciyər öz normal funksiyalarını yerinə yetirir. Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarının həyata keçirə bilmir.  

Qaraciyər bədəndə olan zərərli maddələrin parçalanması və xaric edilməsi, qlikogen adlanan maddənin toplanması və lazim gəldikdə onu qlükozaya parçalayaraq bədənin energetik ehtiyaclarının ödənilməsi, qida vasitəsilə daxil olmuş yağ və zülalların həzm edilməsi, qanın laxtalanması üçün vacib olan zülalların sintezi, dərman maddələrinin paçalanması, bağırsaqlarda yağların paçalanması üçün vacib olan ödün yaradılaraq onikibarmaq bağırsağa ötürülməsi kimi vacib funksiyaları həyata keçirir.

Qaraciyər çoxfunksiyalı orqandır. O, qanın tərkibində olan orqanizmə zərərli müxtəlif birləşmələri zərərsizləşdirir, öd və sidik cövhəri hazırlayır. Öd axacalar vasitəsilə qaraciyərdən xaric olur, sidik cövhəri isə qana keçir və sidik vasitəsilə ifraz olunur. Qaraciyərdə karbohidratlar insulinin təsirindən qlükogen halında toplanır və lazım olanda orqanizm tərəfindən qlükoza şəklində mənimsənilir. Döldə qaraciyər qanyaradıcı funsiya da yerinə yetirir. Bundan əlavə qaraciyərin müxtəlif bioloji funksiyaları da var.

Əlamətləri

 Qaraciyər sirrozu elə bir xəstəlikdir ki, sakit-sakit inkişaf edir və bu, hiss olunmur. Artıq xəstəlik ağır həddə çatdıqda əlamətlər özünü biruzə verməyə başlayır. Aşağıdakı əlamətlərlə özünü biruzə verir:

  - Yorğunluq, ümumi zəiflik

  - Tez-tez və asan qanaxma halları

  - Bədən  səthində asanlıqla yaranan qançırlar

  - Qarında mayenin toplanması  

  - İştahasızlıq

  - Ürəkbulanma

  - Ayaqda şişkinlik

  - Çəkinin azalması

  - Qarında köp

  - Qızdırma

  - Dəridə qaşınma

  - Yuxusuzluq

  - Bozumtul dəri

Yalnız müayinə vaxtı insanda bu xəstəliyin olmasını müəyyən etmək mümkündür. Ona görə  sirrozun zamanında müəyyən edilməsi üçün xəstəliyi yaradan səbəblər və risk faktorları haqqında ətraflı məlumata malik olmaq lazımdır. Bunun üçün ilk əlamətlərini hiss etdikdə həkimə müraciət etmək mütləqdir.

Yaranma səbəbləri

 Sirroz qaraciyərdə uzun müddət davam edən və fərqli səbəblər üzündən qaynaqlanan xroniki iltihab proses nəticəsində formalaşır. Qaraciyər hər zədələnmə (iltihab) epizodunda özünü bərpa etməyə çalışır və  nəticədə öz parenximasında çapıq toxumasının formalaşmasına səbəb olur. Zaman keçdikcə qaraciyər öz normal funksiyasını yerinə yetirməyə çətinlik çəkir. Qaraciyərdə sirrotik dəyişikliklər (çapıqlaşma) dərinləşdikcə o artıq öz normal funksiyasını yerinə yetirə bilmir və yuxarıda sadalanan əlamətlərin meydana çıxmasına Elə bir zaman gəlir ki, qaraciyər öz fəaliyyətini tam itirir və bu zaman yeganə ümid qaraciyər köçürməsinə qalır. Amma qeyd edək ki,  qaraciyərin bu hala gəlib çatmasına qədər bir qayda olaraq uzun zaman keçir və xəstə öz qaraciyərində gedən prosesi ləngitmək  və ya tam dayandırmaq imkanlarına malik olur. Sirrozun zamanında müəyyən edilməsi üçün xəstəliyi yaradan səbəblər və risk faktorları haqqında ətraflı məlumata malik olmaq lazımdır.

Qaraciyərdə xroniki zədələnməni (iltihabı) yaradan aşağıdakı səbəbləri qeyd etmək olar: 

  -  Xroniki spirtli içki qəbulu 
  -  Hepatit B
  -  Hepatit C
  -  Kistalı Fibroz 
  -  Öd yollarının destruksiyası (ibtidai bilar sirroz)
  -  Qaraciyərdə yağın toplanması (qeyri-alkoqol mənşəli piyli qaraciyər xəstəliyi)
  - Öd yollarının çapıqlaşması və daralması (birincili sklerozlaşdıran xolangit)
  - Süddə olan şəkərin həzm edilə bilməməsi (qalaktozemya)
  - Bədəndə dəmirin toplanması (hematoxromatoziz)
  - Orqanizmin immun sistemi tərəfindən yaranan qaraciyər xəstəliyi (avtoimmun hepatit)
  - İnkişaf etməkdə olan ölkələrdə bəzi parazitlər (schistosomiasis)
  - Yenidoğulmuşlarda öd yollarının qeyri-kafi formalaşması (Biliar atrezia)
  - Enerji ehtiyatının toplanması və lazım gəldikdə paylanması funksiyasının pozulması (Qlikogen topanması xəstəliyi)
  - Qaraciyərdə misin toplanması (Wilson xəstəliyi) 

Xəstəliyin ağırlaşması

 Sirrozlu xəstələrdə bir çox ağırlaşmaların olması mümkündür: 
  - İnfeksion xəstəliklərin tezliyinin artması. Sirrozlu xəstələrin bədəni infeksiyalarla mübarizə aparmaqda çətinlik çəkir. 
  - Maddələr mübadiləsinin pozğunluğu. Qaraciyərdə sirroz bədəndə maddələr mübadiləsinin  pozulmasına səbəb olur. Bu isə öz növbəsində ümumi zəiflik və çəkinin azalmasına gətirib çıxarır 
  - Qanda yüksək miqdarda toksinin dövr etməsi. Qaraciyər qanda olan toksinləri çıxdaş edə bilmədiyindən bu toksinlən bütün bədəndə xüsusilə də baş yeyində problemlər yaradır. Buna hepatik ensefalopatiya da deyilir. Belə ki, insanlrın şüurunda dumanlılıq, diggətlərini toplaya bilməmək kimi xüsusiyyətlər əmələ gəlir. Zaman keçdikcə ensefalopatiya süstlük və komaya gətirib çıxara bilər.
  - Qapı venasında təzyiqin artması – portal hipertenziya və qida borusu venalarının varikoz genişlənməsi. Qapı venası bağırsaqlar və dalaqdan gələn venoz qanı qaraciyərə  ötürür və qan təmizləndikdən sonra qaraciyər venaları vasitəsilə aşağı boş venaya axır. Amma sirrozlu xəstələrdə venoz qan qaraciyə daxil ola bilmədiyi üçün qapı venasında toplanıb qalır və onda təzyiqi artırır. Qapı venasında toplanmış qan əlaqəli olan kiçik venalar vasitəsilə ürəyə doğru hərkət edir və bir müddətdən sonra bu venaların genişlənməsinə səbəb olur. Bunlardan ən təhlükəlisi qida borusu və mədə dibində yerləşən venalarıdır. Genişlənmiş (varikoz) qida borusu venaları çox asanlıqla partlaya və həyat üçün təhlükəli qanaxmalara səbəb ola bilir. 
  - Qaraciyər xərçənginin formalaşma riski. Sirroz qaraciyərdə Hepatoselülar Karsinoma adlanan xərçəngin formalaşmasına gətirib çıxara bilər. Odur ki, sirrozu olan xəstələrə tez-tez ultrasonoqrafik müayinədən keçmək tövsiyyə olunur. 
  

Həkimə nə zaman müraciət etməli 


Yuxarıda sadalanan məsələlərlər bağlı şıkayətləriniz olarsa və ya risk faktorlarından hər hansı biri sizdə olarsa həkimə müraciət etməniz məsləhətdir. Həkimiz sizə müayinə, müalicə və profilaktik tədbirlər haqqında ətraflı məlumat verəcək.

Qaraciyər sirrozunun beynə və ürəyə təsiri

 Qaraciyər sirrozu nevroloji, koqnitiv problemlərə və ürək ritminin pozulmasına gətirib çıxara bilər.

London hərbi – tibb akademiyasının alimləri  bu qarşılıqlı əlaqəni onunla izah edirlər ki, zədələnmiş qaraciyər daha toksinləri süzmür. Nəticədə ürəyin ritmi pozulur. Toksinlərin xeyli hissəsi beyinə düşəndə ensefalopatiya – baş beynin xəstəliyi inkişaf edir. Qaraciyər ensefalopatiyası zehni qabiliyyətə təsir göstərir. Qaraciyər sirrozundan əziyyət çəkən xəstələrdə insan orqanizminin iltuhab reaksiyasına cavab verən maddələrin səviyyəsi yüksək olur. Onların koqnitiv funksiyaları pisləşir və ürək ritmi pozulur.

Qaraciyər sirrozu alkoqalizm və B, C və D viruslu hepatitlərinin fonunda inkişaf edir. Dərinin və göz ağının sarımtıllıgı, yorğunluğu, dərinin qaşınması, göyərtilər sirrozun əsas simptomlarıdır.

Müayinə planı

 Həkiminiz sizə aşağıdakı müayinələrin edilməsini tövsiyyə edə bilər: 
  - Qanın ümümi analizı (protrombin müddəti)
  - Qanın biokimyəvi analızı (AST, ALT, QF, ümumi zülal, bilirubin və fraksiyaları)
  - USM
  - Kompüter Tomoqrafiyası 
  - MRİ
  - Qaraciyər Biopsiyası 

Müalicəsi

Sirrozun tam müalicəsi mümkün olmasa da onun dərinləşməsinin qarşısını almaq  mümkündür. Xəstəliyin ilkin mərhələlərdə müəyyən edilməsi onun müalicəsində daha qənaətbəxş nəticələr əldə edilir. Müalicə zamanı əsas məqsəd sirrozun yaranmasına səbəb olan faktor və ya faktorların aradan qaldırılmasıdır. Bunlara nümunə kimi, spirtli içkiyə aludəliyin və ya vrus hepatitlərinə qarşı müalicəni nümunə gətirmək olar. Qaraciyərin xroniki zədələnməsinə səbəb olan bu kimi faktorların aradan qaldırılması sirrozun dərinləşməsinin qarşısını ala bilir. Məsələn, artıq ciddi ağırlaşmalara gətirib çıxara bilən alkoqol sirrozları zamanı alkoqol faktorunun aradan qaldırılması nəticəsində 5 illik yaşam müddəti 50%-dən çox olur.

Sirroz zamanı meyadana çıxan ağırlaşmaların da müalicəsi də diqqət mərkəzində saxlanılır. Qarın boşluğnda yığılan maye (assit) və aşağı ətraflarda yaranan şişkinliyin aradan qaldırılması məqsədi ilə diurezi sürətləndirən dərman maddələri və az duzlu pəhriz tətbiq edilir. Bəzi hallarda assitik maye kiçik cərrahi müdaxilə nəticəsində xaric edilə bilər.

Portal hipertenziyalı xəstələr daha çox diqqət mərkəzində saxlanılır. Çünki hər bir zaman həyat üçün təhlükəli olan qida borusu qanaxmalari mümkündür. Bu zaman endoskopik yolla qanaxan damarın bağlanması və qanaxma əleyhinə terapevtik tədbirlərin görülməsi problemi aradan qaldıra bilir. Amma endoskopix xidmətin heç də hər yerdə olmaması üzündən qida borusu venalarının varikoz genişlınməsi olan xəstələr çox ehtiyatlı olmalı və vəziyyətlərinin ciddiliyini diqqət mərkəzində saxlamalıdırlar. Bəzi hallarda portal venada (qapı venasında) təzyin azaldılması məqsədilə dərman maddələrində də istifadə edilir. İnfeksiya ilə yoluxma hallarında həkiminiz sizə antibiotiklər təyin edə bilər.

Qaraciyər xərçənginin skrininqi məqsədilə dövri olaraq ultrasəs müayinəsi və bəzi qan testləri etmək vacibdir. Hepatik ensefalopatiya hallarında həkim bəzi dərman maddələrinin təyini ilə əlamətləri azaltmağa çalışacaq. Dərin sirrotik dəyişikliyə uğramış qaraciyərin transplantasiya yolu ilə dəyişdirilməsi yeganə çıxış yolu hesab edilir. Qaraciyər transplantasiyası ya beyin ölmü təsdiq olunmuş insanın bütöv qaraciyərinin, ya da sağlam donorun qaraciyərinin bir hissəsinin köçürülməsi ilə həyata keçirilir.

Profilaktikası

  - Alkoqol qəbulu azaltmaq və ya tam atmaq 
  - Sağlam pəhriz 
  - Sağlam çəki 
  - Kimyəvi preparatları ehtiyatla qəbul edin
  - Hepatit virusları ilə yoluxma riskini azaldın

15.10.2023 07:52
322

(MGID): :
OXŞAR XƏBƏRLƏR