651fa11a6576b202310235434
İnsult keçirən insana bunları ETMƏYİN!!!

Terapevt İqor Vidyaskin, insult əlamətləri olan bir insana hansı ilk yardım tədbirlərinin göstərilməsinin qadağan olunduğunu söyləyib.

Bu barədə Panarama.az "lenta.ru"ya istinadla xəbər verir.

Vidyaskin ilk növbədə insult keçirmiş insanı lazımsız yerə tərpətməməyə çağırıb. Bu, mümkün zərər riskini minimuma endirmək üçün lazımdır. Qanaxma zamanı udma funksiyası tez-tez pozulduğundan, insult keçirmiş şəxsə həkim resepti olmadan hər hansı dərman vermək, onu qidalandırmaq və ya nəsə içirmək qadağandır. 

"Bir insanda insult əlamətləri yarandıqda yeganə düzgün qərar ən qısa zamanda təcili yardım çağırmaqdır", - o vurğulayıb./redaktor.az

06.10.2023 09:53
316

(MGID): :
OXŞAR XƏBƏRLƏR