651fd56b76692202310233747
İpoteka krediti ilə ev almaq istəyənlərə pis xəbər - VİDEO

Azərbaycanda ipoteka portfeli sürətlə böyüyür. Lakin iyulda marta nisbətən bankların ipoteka kreditlərinin həcmində iki dəfə azalma qeydə alınıb. Belə ki, banklar bu ilin martında 68.6 milyon AZN ipoteka krediti yerləşdirmişdisə, bu göstərici iyul ayında 35.9 milyon AZN olub. 

Panarama.az BAKU.WS-ə istinadən xəbər verir ki, ekspertlərin sözlərinə görə, mənzillərin qiymətində kəskin bahalaşma olduğu üçün vətəndaşlar uzun müddətli ipoteka kreditindən imtina edirlər. Bu da öz növbəsində əmlak bazarına təsirsiz ötüşmür.

Bu barədə Aztv-yə danışan daşımaz əmlak üzrə ekspert Elnur Fərzliyev bildirib ki, köhnə binlarla müqayisədə yeni tikililərin qiyməti daha yüksəkdir. Və bu qiymət artımı davam edir:

“Hazırda köhnə binalarda, xüsusilə də 9 mərtəbəli yaşayış binalarında mərkəzə yaxın ərizlərdə yəni Yasamal, Nəsimi və Nərimanov rayonlarında bir otaqlı mənzillərin satış qiyməti təxminən 100 000 AZN civarında, iki otaqlı mənzillərin 140-150 000 AZN, 3 otsaqlı mənzillərin isə qiyməti 170-200 000 AZN arasında dəyişir. Yeni tikililərdə isə bir otaqlı təmirli mənzil 130 -180 000 AZN, iki otaqlı 150-200 000 AZN aralığındadır və bu artan xətt üzrə gedir.

Ekspertlər bildirir ki, Azərbaycanda ipoteka kreditinə maraq yaratmaq üçün ilk növbədə faizlərin azaldılmasına baxılmalıdır. Faizlər azaldıqca ev almaq istəyənlərin müraciətləri arta bilər.

Ətraflı videoda:



06.10.2023 13:32
341

(MGID): :
OXŞAR XƏBƏRLƏR