İranda Şiraz şəhərində terror aktı törədilib.
Panarama.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Məlumata görə, İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahına silahlı hücum olub. Ziyarətgaha daxil olmaq istəyən şəxslərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma olub. Nəticədə 4 təhlükəsizlik əməkdaşı öldürülüb. Bir neçə nəfər yaralanıb.
Fars vilayətinin valisi hücumu terror aktı kimi qiymətləndirib. Onun sözlərinə görə, hücumda 5 nəfər ağır yaralanıb.
Xatırladaq ki, ötən oktyabrda da Şahçerağ ziyarətgahına silahlı hücum olmuşdu.