64d9117c645dc202308232308
İranda terror aktı: ÖLƏNLƏR VAR

İranda Şiraz şəhərində terror aktı törədilib.


Panarama.az  Lent.az-a istinadən  xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Məlumata görə, İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahına silahlı hücum olub. Ziyarətgaha daxil olmaq istəyən şəxslərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma olub. Nəticədə 4 təhlükəsizlik əməkdaşı öldürülüb. Bir neçə nəfər yaralanıb.

Fars vilayətinin valisi hücumu terror aktı kimi qiymətləndirib. Onun sözlərinə görə, hücumda 5 nəfər ağır yaralanıb.

Xatırladaq ki, ötən oktyabrda da Şahçerağ ziyarətgahına silahlı hücum olmuşdu.

13.08.2023 21:06
182

(MGID): :
OXŞAR XƏBƏRLƏR