65b6af5973361202401244737
İş adamının oğlu faciəvi şəkildə öldü - YENİLƏNİB

İmişli rayonunda 30 yaşlı biznesmenin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Panarama.az qafqazinfo.az-a istinadən xəbər verir ki, rayonun Ağaməmmədli kənd sakini, 1994-cü il təvəllüdlü Elşad Astanov Sarısu gölündə ovda olarkən qayıq çevrilib.

Nəticədə Elşad və onun 2 dostu gölə düşüblər. Yaxınlıqdakı şəxslərin də köməkliyi ilə onlar sudan çıxarılıblar. Lakin soyuq suda şok keçirən Elşad vəfat edib.

Qeyd edək ki, həyatını itirən gənc İmişlidə tanınmış biznesmen olub.

Onun atası Şükür Astanov regional yol istismar idarəsinin uzun müddət rəisi olub. Elşad son vaxtlar atasına məxsus asfalt zavodunu və digər obyektləri idarə edirmiş.


22:44

İmişli rayonunda göldə qayığın aşması nəticəsində 30 yaşlı kişi həyatını itirib.

Panarama.az-ın report.az-a istinadən məlumatına görə, hadisə rayon ərazisində yerləşən "Sarısu" gölündə baş verib.

İlkin məlumata görə, rayon sakini, 1994-cü il təvəllüdlü Aslanov Elşad Şükür oğlu "Sarısu" gölündə ov edən zaman qayıq aşıb.

Nəticədə o, göldə boğularaq ölüb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

28.01.2024 23:36
1225

(MGID): :
OXŞAR XƏBƏRLƏR