67c6982ec953e202503250534
İşdən qovulan qalmaqallı direktor kimdir - FOTO

Ad gününə alınan hədiyyəni bəyənmədiyi üçün müəllimləri təhqir edən Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi, 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoy vəzifəsindən azad edilib.

Panarama.az axar.az-a istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Lamiyə İlhamsoy 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetininin Filologiya (ingilis dili) fakültəsini bitirib. 2005-2022-ci illərdə Nizami rayonu 277 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi vəzifəsində çalışıb

2009-cu il tarixindən Yeni Azərbaycan Partiyasının üzvüdür.

L.İlhamsoy 2021-ci ildə YÜKSƏLİŞ müsabiqəsində, 2022-ci ildə “Məktəb liderliyi" proqramının təlimlərində iştirak etməsini avtobioqrafiyasına daxil edib.

Ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqədə uğur qazanaraq 2022-ci il tarixindən Bakı şəhəri Pirallahı rayonu N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunmuşdu.

04.03.2025 10:02
3591

(MGID): :
OXŞAR XƏBƏRLƏR