65d7a8227786e202402240138
İsmayıllıda baş verən qəzada zaqatalalı müəllim dünyasını dəyişdi - YENİLƏNİB

İsmayıllıda baş verən qəzada ölən qadın müəllim olub. 

Panarama.az bildirir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, Nigar Bayramova Zaqataladandır. 

O, orta məktəb müəllimi olub. 


***

Saat 22:30

Fevralın 22-i saat 18 radələrində İsmayıllı rayonunun Xanagah kəndi ərazisində “MAZ” markalı yük avtomobili ilə “Azsamand” markalı minik avtomobili toqquşub. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, hadisə nəticəsində minik avtomobilindəki sərnişin, 34 yaşlı Nigar Bayramova aldığı xəsarətlərdən vəfat edib.

Araşdırma aparılır.

22.02.2024 23:58
460

(MGID): :
OXŞAR XƏBƏRLƏR