“İsrail İranı vurdu”.
Panarama.az KONKRET.az-a istinadla xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yaydı.
Məlumata görə, İsrail İran ərazisinə raket zərbəsi endirib.
Qeyd edək ki, ABC agentliyi belə bir xəbəri ABŞ-dakı mənbəyə istinadən yaydığını açıqlayıb.
İsfahan şəhərində (İran) İsrailin İran ərazisinə zərbə endirməsi xəbəri yayıldıqdan sonra hava limanında partlayışlar baş verib. Bu barədə isə “Əl-Cəzirə” telekanalı xəbər tirajlayıb.
“İsfahan hava limanı yaxınlığında partlayışlar baş verib. Həm də İran ordusunun Haştam Şəkəri hava bazası dağıdılıb”, – Əl-Cəzirə telekanalının rəsmi teleqram kanalı xəbər verir.
Aprelin 18-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns bildirib ki, İsrail İrana PUA və raketlərlə cavab verməyi nəzərdən keçirir.
Bundan öncə İran hakimiyyəti BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda İslam Respublikasının İsraillə münaqişəni genişləndirmək istəmədiyini, lakin yəhudi dövlətinin təcavüzkarlıq nümayiş etdirdiyi təqdirdə daha güclü cavab verəcəyini bildirmişdi.