64d945b0b354c202308230552
İstirahətə gedənlər xəstəxanalıq oldular - QİDA ZƏHƏRLƏNMƏSİ

Qəbələdən qayıdan Bakı sakinləri qidadan zəhərlənmə diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirlib.

Panarama.az APA-ya istinadən bildirir ki, Qəbələdə istirahətdən qayıdan Bakı sakinlərinin yolda vəziyyəti pisləşib. Qidadan zəhərlənməsi ehtimal olunan Bakı sakinləri, 1987-ci il təvəllüdlü Adıgözəlova Fidan Rauf qızı, 1994-cü il təvəllüdlü Süleymanlı Bikəxanım Hafiz qızı, 1952-ci il təvəllüdlü Sultanova Sidiqə Məmmədağa qızı və 2010-cu il təvəllüdl Məmmədli Soltanəli Rövşən oğlu zəhərlənmə diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

14.08.2023 01:04
236

(MGID): :
OXŞAR XƏBƏRLƏR