64dafbaa00355202308231434
İsveçdə xəstəliyə görə toyuqlar məhv ediləcək

İsveçin ən böyük yumurta istehsalçısı "CA Cederqrens" quşçuluq fermasında salmonella virusu qeydə alınıb, bu səbəbdən 340 min toyuq məhv ediləcək.

Panarama.az  "Report".az-a istinadən xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.

"Cedergrens" ümumi yumurta istehsalının təxminən 20% -ni təşkil edir.

Aprel ayında məhsullarda zərərli bakteriya aşkar olunduğu üçün tədarükdə növbəti fasilə yaranıb.

Qeyd edək ki, salmonellalar salmonelyoz adlanan infeksion xəstəliyin törədicisi kimi tanınır. Qida zəhərlənmələrinin əsas törədicilərindən biri sayılan salmonellalar heyvan mənşəli qida məhsullarının istehsal və ya istehlakı dövründə sanitar-gigiyenik qaydalara əməl edilmədikdə həmin məhsulların tərkibində geniş yayılır. Xüsusilə də quşçuluq məhsulları (quş əti, yumurta və s.) bu bakteriya növünün əsas daşıyıcısıdır.

15.08.2023 08:10
1104

(MGID): :
OXŞAR XƏBƏRLƏR