657ea4fae4fe1202312233626
“İti qapıdan qovursan daha gəlmir, amma müğənnilər...” - Ağır sözlər
"Verilişlərdən inciyib efiri tərk edən müğənniləri yenidən həmin verilişdə görmək artıq adət halını alıb. Özünə hörmət edən insan ikinci dəfə o verilişə getməz. Qonağı çağıran aparıcılar da bilir ki, kimlə necə rəftar etmək lazımdır. 5-6 ildir ki, televizora baxmıram. Nə eşitsəm də, bilsəm də sosial şəbəkələrdə qarşıma çıxır. O sferadan uzaq durmağa çalışıram, artıq iyrənirəm. Müğənnilər özlərini o qədər alçaldır ki. Dünyanı kim tutub dayanıb ki? Bir tikə çörəyinizi adam balası kimi niyə yeyə bilmirsiniz ki? Şükür Allaha, toylarınız var, işləriniz var. Üzünə itin sözü deyilən, biyabır olunan və yenidən o verilişə gələn müğənninin günahkarı da özüdür. İti qapıdan qovursan ikinci dəfə həmin qapıya gəlmir, sizə nə olub? İt qədər də olmadız?” 

Panarama.az bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Şəhla Həmidova deyib. O daha sonra əlavə edib. 

“Sənət nə gəzir? Çoxdan rəhmətə gedib. Sadəcə olaraq özləri üçün oynayırlar. Sənətin göstəricisi efir və tiktokdur. Efirdən oxunan mahnıları da görürük də. Niyə zövqlər belə korlandı? O mahnılar hardan çıxır? Bəlkə də mən geridə qalmışam. Dünya ölkələrində də bayağılıq çoxalıb, amma bizdəki dərəcədə deyil. Yaxşı ki, mən Sovet illərində doğulmuşam. O mahnıları eşitmişəm, yaxşını pisdən seçə bilirəm” deyə müğənni bildirib. 

Müğənni fanaqram oxuyan həmkarlarından da danışıb. 

“Fanaqram oxuduqlarına görə toyda döyülənlər olub. Son günlərdə onun şahidi olmuşam ki, istəyirsən fanaqram oxu, istəyirsənsə canlı, tamaşaçı üçün bunun önəmi yoxdur. Bu dəqiqə bərk gedən müğənnilərin çoxu toyu başdan-ayağa fanaqramla yola verir. 10-15 min də alıb ciblərinə qoyurlar. Bəh-bəhlə də onları toya çağırırlar. Elə rahat da pulu onlara verirlər ki. Dövran təsrinə fırlanır” deyə müğənni bildirib. 

17.12.2023 11:33
2414

(MGID): :
OXŞAR XƏBƏRLƏR