Hacıqabulda itkin kimi axtarılan qadınının yeri məlum olub.
Panarama.az APA-ya istinadən bildirir ki, ailəsi tərəfindən yanvarı 13-dən itkin düşdüyü qeyd edilən Hacıqabul rayon sakini, 1990-cı il təvəllüdlü Soltanova Aygül Əzizağa qızının Bakı şəhərində olduğu qeyd edilib. Ailəsinə məlum olub ki, Aygül Soltanova boşanma ərizəsi ilə məhkəməyə müraciət edib. Bu barədə onun həyat yoldaşı APA-nın Mil-Muğan bürosuna bildirib. Onlar bu barədə polisi də məlumatlandırıb.