6863d99ab484d202507255034

İyulun 2-dən hava kəskin dəyişir

01 İyul 2025
132

Azərbaycanın rayonlarında iyulun 2-si günün ikinci yarısından həftə sonunadək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Panarama.az xəbər verir ki, bu barədə Metbuat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Əsasən dağlıq və dağətəyi rayonlarda yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimal olunur.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından sel keçəcəyi ehtimalı var.