64e4dfaa96a6a202308231746
“Jiquli” və “KamAZ” toqquşdu: 1 ÖLÜ, 1 YARALI

Hacıqabulda ölümlə nəticələnən avtomobil qəzası baş verib..

Panarama.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb. 

Bakı sakini, 1996-cı il təvəllüdlü Xələfov İlkin Vəfadar oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobil “KamAZ” markalı yük avtomobilinə çırpılıb. Nəticədə sərnişin ölüb, sürücü isə ağır vəziyyətdə  müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.


28.08.2023 06:50
151

(MGID): :
OXŞAR XƏBƏRLƏR