6770f123e9acf202412245011
Kadırov canlı yayın açdı, azərbaycanlıları TƏHDİD ETDİ: "Təyyarənin vurulmasına görə məni ittiham edənləri..." VİDEO

Kadırov onu Qazaxıstanda qəzaya uğrayan Azərbaycan təyyarəsini Çeçenistan üzərində uçarkən vurmaqda ittiham edənləri hədələyib. Bu ittihamları onun Telegram kanalına yazanlar əksəriyyətlə azərbaycanlılardır.



O, bu barədə özünün telegram kanalında canlı yayın açaraq, hiddət dolu çıxış edib.


Çıxışında onu qınayanları ağır şəkildə təhdid edib:


“Əgər məni haqsız yerə ittiham etsəniz və ya təhqir etsəniz, şərəf və ləyaqətimə toxunmağa cəhd etsəniz, özümü qorumaq üçün qanuna arxalanmayacağam. Ailəmi, xalqımı və namusumuzu qorumaq üçün hər vasitədən istifadə edəcəyəm. Xalqıma, ailəmə və ya özümə hörmətsizlik edənlərə müvafiq cavab veriləcək. Bunu sizə söz verirəm”. - , deyə Kadırov bildirib.//musavat.com

29.12.2024 10:49
213

(MGID): :
OXŞAR XƏBƏRLƏR