64e8d41bb034a202308231731
Kağız fabrikində güclü yanğın oldu

Türkiyənin Kahramanmaraş  rayonunda kağız fabrikində yanğın baş verib.

Panarama.az Medianews.az-a istinadən xəbər verir ki, bu barədə Hüriyyət qəzeti yazıb.

Məlumata görə , axşam saatlarında Türkoğlu rayonu Kıllı Məhəlləsindəki Kağız Fabrikinin Tullantı Bölməsində yanğın  olub.

Fabrik işçiləri 112 Təcili Zəng Mərkəzinə məlumat veriblər. Xəbərdarlıq üzərinə hadisə yerinə çoxlu sayda yanğınsöndürən və sağlamlıq qrupları göndərilib.

Yanğına havadan və qurudan müdaxilə davam edir.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.


25.08.2023 20:15
125

(MGID): :
OXŞAR XƏBƏRLƏR