***
15:14
Rusiyada ermənilərin tələbi ilə saxlanılan Kamil Zeynallı sərbəst buraxılıb.
Panarama.az Milli.Az-a istinadən xəbər verir ki, bu iddia ilə idmançının Almaniyada yaşayan dostu Rasim məlumat yayıb.
"Kamil Zeynallı Azərbaycan hökumətinin köməyi ilə indilərdə azadlığa çıxdı", - o qeyd edilib.
Hələ ki məsələ ilə bağlı rəsmi açıqlama yoxdur. İddianı dəqiqləşdirməyə çalışırıq.