64e3794edfbf2202308234846
Kamil Zeynallıya qarşı 20 min manatlıq dələduzluq

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış idmançı Kamil Zeynallı və başqalarına qarşı dələduzluq etməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Panarama.az  lent.az-a istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Kamil Zeynallı zərərçəkmiş şəxs qismində iştirak edib.

Prosesdə ittiham aktı elan olunub.

İttihamda göstərilib ki, təqsirləndirilən şəxs Emil Ağayev etibardan sui-istifadə etməklə Ceyhun Baloğlanovun 58 min, idmançı Kamil Zeynallının isə 20 min manatını mənimsəyib. Təqsirləndirilən şəxs eyni üsulla Vasif Yusifova 53 min manat dələduzluq edib. İş üzrə ümumilikdə E.Ağayev yeddi nəfərə qarşı 300 min manat dələduzluq edib. E.Ağayev zərərçəkmişlərə ev tikmək adı ilə söz versə də, sonradan yığılan məbləği mənimsəyib.
Növbəti proses sentyabrın 25-nə təyin edilib.

Qeyd edək ki, E.Ağayev Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir.

21.08.2023 18:45
138

(MGID): :
OXŞAR XƏBƏRLƏR