Bir ay əvvəl toyu olan gənc xanəndə Kamilə Nəbiyeva "Rəngarəng səhər"də toyuna ən çox nəmər yazdıran məşhurun adını çəkib.
Panarama.az Titul.az-a istinadla xəbər verir ki, xanım sənətçi həmin şəxsin duet ortağı Mirələm Mirələmov olduğunu bildirib.
Kamilə sənət camiasından olmayan şəxslər arasında da toya yüksək pul salan insanlar olduğunu diqqətə çatdırıb. Lakin sənət yoldaşları arasında ən çox nəməri Mirələmin yazdırdığını etiraf edib. O siyahıda sonrakı adlar Gülyaz-Gülyanaq bacıları olub.