673f983684f1d202411242942
KƏPƏKDƏN TƏBİİ YOLLA QURTULUN

Kəpəkdən qurtulmaq və sağlam baş dərisinə sahib olmaq üçün istifadə edə biləcəyiniz bəzi təbii üsullar var.

LİMON ŞİRƏSİ BAŞ DƏRİSİNİ TƏMİZLƏYİR

Limon suyu kəpək problemlərinin müalicəsində böyük rol oynayır. Çünki limon baş dərisinin pH səviyyəsinə tez uyğunlaşır.

1 xörək qaşığı limon suyunu dörddə bir stəkan suda qarışdırın və sonra saçlarınızı yumamışdan əvvəl baş dərinizə çəkin. Bir saat saxlayın, çünki limon turşusunun  mikrob əleyhinə xüsusiyyətləri saçınızdakı göbələkləri və yağı təmizləyəcək, həmçinin saç tökülməsinin qarşısını alacaq, saçlarınızı güclü və həcmli göstərəcək. Bundan sonra saçınızı şampunla yuyun.

QƏHVƏ İLƏ PİLİNQ

Demək olar ki, hər evdə olan qəhvəni dəriniz və saçınız üçün dərin təmizləyici kimi istifadə edin. Kəpəyə səbəb olan göbələk və bakteriyalardan xilas olmağa kömək edin.  

Sadəcə bir az kokos yağı qızdırın və içinə qəhvə tozu əlavə edin. Yaxşı qarışdırın və bu qarışımı başınızın dərisinə tətbiq edin. 30 dəqiqə saxlayın və daha sonra saçlarınızı  yuyun.

ALMA SİRKƏSİA

Bir çox problemin həlli olan alma sirkəsi baş dərisini yumşaq bir şəkildə təmizləyir və kəpəyi müalicə etməyə kömək edir. Antifungal və antibakterial xüsusiyyətlərə malik olan bu məhsul baş dərinizin təbii pH balansını bərpa edir və beləliklə, saçınızdakı donuqluq və qıvrımları da aradan qaldıran mükəmməl kəpək müalicəsi yaradır. SAçınıza həftədə iki dəfə 2 xörək qaşığı alma sirkəsi çəkin və nəticəni görün.

SARIMSAQ

Evdə kəpəyə qarşı ən yaxşı vasitələrdən biri, baş dərisi infeksiyalarını müalicə edən antibakterial, antifungal, antioksidant və iltihab əleyhinə xüsusiyyətlərlə zəngin sarımsaqdır. C, A, selen, amin turşuları və maqneziumla da zəngin olan sarımsaq saçlarınızı parlaq edir, tellərinizi gücləndirir. Sarımsaq suyunu həftədə iki dəfə istifadə etməyə başlayın, kəskin qoxusunu azaltmaq üçün saçınızı əvvəl alma sirkəsi, daha sonra şampunla yuyun./saglamolun

22.11.2024 00:28
99

(MGID): :
OXŞAR XƏBƏRLƏR