Zaur Baxşəliyevin "Bizimləsən" verilişinin vaxtı qısaldılıb. Yazıçı Kəramət Böyükçöl isə bu qərara özünəməxsus tərzdə reaksiya bildirib.
Panarama.az referans.az-a istinadən xəbər verir ki, yazıçı sosial şəbəkə hesabında "İslahatlar davam edir. Zaurun verilişinin vaxtını azaldıb arvadına təzə veriliş açdılar. Allah Xoşqədəmin verilişindən kəsib Doğuşa versin" deyə münasibət bildirib.
Məlum olub ki, onun verilişindən alınan 1 saat 30 dəqiqə vaxt ərzində həyat yoldaşı Günay Baxşəliyeva yeni veriliş aparacaq.
Bu qərar ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Əksəriyyət bu qərarı qınayıb və sərt tənqid edib.