64e059c020cb1202308235720
"Kimisə təhqir etməmişəm, vurmamışam, döyməmişəm, hirslənmək də olmaz?"

AFFA-nın İntizam Komitəsinin dünənki iclasında qəbul edilən qərarlardan biri diqqət çəkdi.

Belə ki, Azərbaycan Premyer Liqasının II turu çərçivəsində baş tutan Neftçi” – "Səbail” matçında qonaqların məşqçisi Elmir Xankişiyev meydançaya kənar əşya atdığına görə ikisi şərti və üçaylıq sınaq müddəti olmaqla dördoyunluq cəzalandırıldı.

Bununla yanaşı, klub 3500 manat cərimə edildi. Bəs oyun zamanı nə baş vermişdi, Xankişiyevi meydançaya kənar əşya atmağa məcbur edən hansı məqam olmuşdu?

Panarama.az Sportinfo.az-a istinadən xəbər verir ki, mütəxəssis qaynarinfo-ya açıqlamasında bunları deyib:

"İlk dəfədir görürəm ki, hirslənib su şüşəsini yerə çırpırsan, o da meydançaya düşür və buna görə cəza verilir. Həmin məqamda topu bizim komandaya verməmişdilər.

Əsəbiləşib, su şüşəsini yerə çırpdım. Heç kimin başına və ya hər hansı yerinə dəyməmişdi.

Belə cəza verərlər? Kimisə təhqir etməmişəm, vurmamışam, döyməmişəm. Belə çıxır, hirslənmək də olmaz.

Kim nə istəyir edə bilər, bizə isə hirslənmək olmaz. İnsanıq də, bəzən özümüzdən asılı olmur, hirslənirik.

Hamı bilir ki, indiyə qədər heç kimi incitməmişəm, təhqir etməmişəm. Sakit insanam.

19.08.2023 09:49
105

(MGID): :
OXŞAR XƏBƏRLƏR