Kirayə mexanizmi ilə ev almaq istəyən şəxs ödənişi edə bilmədiyi halda mənzili başqasına sata bilər.
Panarama.az BAKU.WS-ə istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Xəzər Xəbər"ə deyib ki, kirayə haqqını ödəyə bilməyəcəyini görən istənilən şəxs bu hüququ başqasına ötürə bilər.
Ekspert qeyd edib ki, alıcalara qarşı tələblər sərt deyil, hətta kredit tarixçəsi korlanmış şəxslər də kirayə üsulu ilə ev sahibi ola bilərlər.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 5 mindən çox ailə mənzil sahibi olub.