Qışın gəlişi ilə təbii qazla işləyən kombilərdən istifadəyə başlanılıb. Mütəxəssislər kombilərdə həyati risklərlə barədə xəbərdarlıq edib və bəzi səhvlərin hətta ölümlə nəticələnə biləcəyini bildiriblər.
Panarama.az Türkiyə mediasına istinadən xəbər verir ki, mütəxəssislər bildirir ki, təmiri və baxımı səlahiyyətli servis mərkəzlərində görülməyən istifadəçilər üçün bu, həm maddi zərər, həm də cana dəyə bilən zərər verə bilər.
Kombi mütəxəssisi Yunus Yıldırım verdiyi açıqlamada səlahiyyətli xidmət personalı çağırmayan şəxslərin buraxdığı səhvlərin böyük risk daşıdığını vurğulayaraq, vətəndaşlara kombi baxımı ilə bağlı xəbərdarlıq edib:
"Çox vaxt insanlar yanlış qərar verdiyi kimi, burada da yanlış seçimlər edirlər. Hər adını "kombi ustası” qoyana güvənmək olmaz. Kombidə nasazlıq yaşanarsa, yalnız səlahiyyətli xidmət personalı olan ustalara müraicət etmək lazımdır. Əks halda yanlış seçim ölümlə və cibə zərərlə nəticələnər”. (Azmedia.az )