662216a2059d4202404240050
"Kömək elə" sözünü eşitdik, getdik, gördük ki..." - Qətlə yetirilən ər və arvadın qonşusu... VİDEO
"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə, kömək elə” səsi eşitdik. Gördük ki, keçiniblər".
Bu sözləri Baku TV-ə qətlə yetirilən ər və arvadın qonşuları deyib.
Qonşuların verdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Fikrət Məmmədov taksi sürücüsü kimi fəaliyyət göstərirmiş.
Xatırladaq ki, Aprelin 19-də saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1962-ci il təvəllüdlü Məmmədov Hakim və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Məmmədova Zərifənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Cinayət əməlini törətməkdə onların oğlu, 2000-ci il təvəllüdlü Məmmədov Fikrət Hakim oğlu şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır. 


19.04.2024 10:59
1258

(MGID): :
OXŞAR XƏBƏRLƏR