Çinin şimalındakı Şensi əyalətində kömür mədənində partlayış baş verib.
Panarama.az Medianews.az-a istinadən xəbər verir ki, CCTV dövlət televiziyasının xəbərinə görə, partlayış zamanı mədəndə olan 90 işçidən 11-i həyatını itirib.
Xilasetmə qrupları tərəfindən ağır yaralanan işçilər təxliyə edilib.
Qəzanın baş verdiyi şaxtanın 2020-ci ildə fəaliyyətə başladığı və oradan ildə 300 min ton kömür çıxarıldığı bildirilib.