Güclü meteorizm, yəni bağırsaqlarında köp olanlar, həzm sistemində problem yaşayanlar, qıcıqlanmış bağırsaq sindromu olanlar bu qadağa siyahısı ilə tanış olub, hansı ərzaqlardan uzaq olacaqlarını bilməlidir.
Panarama.az medicina.az-a istinadən həkim və alimlərin tərtib etdiyi siyahını təqdim edir:
- Soğan
- brüssel kələmi
- ağ kələm
- noxud
- lobya
- gül kələmi
- buğdadan un məmulatları
- brokoli
- banan
- kök
- üzüm
- kərəviz
- soya
- yulaf
- əncir
- şaftalı
- naringi (mandarin).
Bütün bu qidalar FODMAP adlı siyahıya daxildir, nazik bağırsaqda pis sovrulur, artıq qazlar əmələ gətirir.