COVID-19 kişilərin ayaqlarının rəngini dəyişə bilər.
Panarama.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı kişi altı ay ərzində ayaq üstə duranda ayaqlarının rənginin tez qırmızıya çevrilməsindən şikayətlənib.
Eyni zamanda, uzananda ayaqlarının rəngi normallaşıb. Həkimlər xəstəyə uzunmüddətli koronavirusla bağlı avtonom sinir sisteminin nasazlığı diaqnozu qoyublar. Ayaqların rənginin dəyişməsi venoz qanın yığılması ilə bağlıdır.