Dəmir yolu körpüsünün uçması nəticəsində 17 nəfər ölüb.
Panarma.az Medianews.az-a istinadən xəbər verir ki, hadisə Hindistanda baş verib.
Hindistanın Mizoram əyalətinin Aizawl bölgəsində tikilməkdə olan dəmir yolu körpüsünün uçması nəticəsində ilkin məlumatlara görə, 17 işçi həlak olub.
Hadisə zamanı tikintidə 40-a yaxın işçinin olduğunu bildirən polis dağıntılar altında qalanların axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.