64e5dd48841d8202308231952
Körpü uçdu: Çoxlu sayda işçi həlak oldu

Dəmir yolu körpüsünün uçması nəticəsində 17 nəfər ölüb.

Panarma.az Medianews.az-a istinadən  xəbər verir ki, hadisə Hindistanda baş verib.

Hindistanın Mizoram əyalətinin Aizawl bölgəsində tikilməkdə olan dəmir yolu körpüsünün uçması nəticəsində ilkin məlumatlara görə, 17 işçi həlak olub.

Hadisə zamanı tikintidə 40-a yaxın işçinin olduğunu bildirən polis dağıntılar altında qalanların axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

23.08.2023 14:15
226

(MGID): :
OXŞAR XƏBƏRLƏR