662e271780ec3202404243815
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…

Azərbaycanda faizlə kredit verən bank, lombard və bank olmayan kredit təşkilatları fəaliyyət göstərir.

Onların öz daxili qaydalarına uyğun kredit mexanizmləri var.

Maraqlıdır, bu qurumların hansında kreditlər ən yüksək faizlə verilir?

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, ən yüksək kredit faizləri lombardlarda və bank olmayan kredit təşkilatlarında olur:

"Kredit verən təşkilatlar və lombardlar maraqlanırlar ki, kredit hansı məqsədlə və hansı formada götürülür. O baxımdan, faizlər dəyişkən olur. Eyni zamanda, lombardlarda kredit məbləğı girovla müəyyənləşdirilir, yəni öz daxili qaydaları var. Banklarda isə faiz dərəcələri aşağı olur. Həm də girovsuz kredit təklifləri verilir. Düzdür, hər bankın özünəməxsus faiz dərəcələri mövcuddur. Ancaq ümumilikdə ən aşağı faiz dərəcələri özəl banklara aiddir".

Bank məsələləri üzrə hüquqşunas Əkrəm Həsənov da bildirib ki, ən yüksək faiz dərəcələri lombardlara, ən aşağı isə banklara aiddir:

"Bankların ən aşağı faizlə kreditlərin təklif etməsinə səbəb Mərkəzi Bankdan maliyyələşmədir. Ancaq ölkədə bank olaraq fəaliyyət göstərmək üçün ən azı 50 milyonluq kapitla sahib olmaq lazımdır. O baxımdan, bankların kredit şərtləri daha asan və əlçatandır". 

28.04.2024 14:36
455

(MGID): :
OXŞAR XƏBƏRLƏR