64d7cc318793a202308231513
Krım körpüsü növbəti dəfə vuruldu: Nəqliyyatın hərəkəti dayandı

İşğal altındakı Krım yarımadanı Rusiya Federasiyası ərazisi ilə birləşdirən körpüdə partlayışlar baş verib.


Panarama.az “Krımskiy veter”ə istinadən xəbər verir ki, körpüdə avtomobillərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Körpünün mümkün ciddi zədələnməsi ilə bağlı məlumatlar yayılıb. Rusiya Müdafiə Nazirliyi hücumu şərh edərək bildirib ki, “zərbə versiyasına çevrilmiş “S-200” idarəolunan zenit raketi ilə Krım körpüsünə terror zərbəsi endirməyə cəhd edilib”.

Ölkənin agentlikləri raketin “vaxtında aşkar edilərək havada tutulduğunu” iddia ediblər. Hərbi ekspertlər bildirirlər ki, bu sovet raketinin maksimum uçuş məsafəsi 255 km-dir ki, bu da cəbhə xəttinin ən yaxın nöqtəsinə qədər olan məsafədən (təxminən 270 km) azdır.


Körpüdəki əməliyyat vəziyyəti ilə bağlı kanal bildirib ki, avtomobillərin hərəkəti bərpa edilib.

Ən son məlumata görə, Krım körpüsü nəqliyyatın hərəkəti üçün bağlanıb.

12.08.2023 22:12
224

(MGID): :
OXŞAR XƏBƏRLƏR