64e77dff25fcf202308235751
Küçədə qızları çubuqla vəhçicəsinə döydü - VİDEO

Kişi iki qıza çubuqla hücum edib və onlardan birini huşunu itirənə qədər döyüb.


Panarama.az  xarici mediaya istinadən xəbər verir ki, hadisə Rusiyada baş verib.

Kişi əvvəlcə səkiyə itələdiyi qızlardan birinə hücum edib və onu şiddətlə döyməyə başlayıb. Daha sonra həmin şəxs baş verənləri telefonunda lentə alan qızın rəfiqəsinə üz tutub.

Münaqişənin səbəbləri müəyyən edilməyib. Lakin hadisədən əvvəl dostlarından biri kişinin müəyyən maddələrin təsiri altında ola biləcəyini irəli sürüb. /lent.az/


24.08.2023 19:53
271

(MGID): :
OXŞAR XƏBƏRLƏR