661a6ee465bf8202404243916
Küçələrdə gecələyən qadın Xalq artistinin nəvəsidir? - VİDEO

İki ildir küçələrdə gecələyən Bakı sakini Dürnisə Abdullayeva mərhum Xalq artistinin nəvəsi olduğunu iddia edir.

Panarama.az olay-a istinadən xəbər verir ki, D. Abdullayeva 14 yaşında ailəsi tərəfindən məcbur evləndirildiyini deyib:

"Ailəm məni məcbur evləndirdi. Məni bədbəxt bir insan etdilər. Toy gecəsi gəlinlik paltarında evdən qaçdım. Səhər-axşam, gecə-gündüz ac qarına, susuz qalıram. Camaatın aldığı nemətləri yeyib dolanıram".

TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) müayinəsindən sonra sözügedən qadının sağlıq durumunun normal olduğu bildirilib. Sığınacağa yerləşdirilməsi üçün Sosial Xİdmətlər Agentliyinə müraciət olunsa da, spirtli içki qəbul etdiyi üçün bu mümkün olmayıb.

Qeyd edək ki, həmin qadının nəvəsi olduğunu iddia etdiyi mərhum Xalq artistinin adı açıqlanmayıb.

13.04.2024 15:38
394

(MGID): :
OXŞAR XƏBƏRLƏR