659568983634a202401240056
Küləkli hava şəraiti bu vaxtadək davam edəcək - RƏSMİ AÇIQLAMA

Hazırda ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.

 

Panarama.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib.

 

Onun sözlərinə görə, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20 m/s, Şamaxı, Qobustan, Naftalan Altıağacda isə 18 m/s çatır. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,6 metrdir.

"Hazırda havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14 dərəcəyədək, Naxçıvan Muxtar Respublikasında 6, Aran rayonlarında 13 dərəcəyədək, dağlıq rayonlarda isə 9 dərəcə isti qeydə alınıb".

 

O bildirib ki, ölkə ərazisində müşahidə olunan şimal qərb küləyi yanvarın 4-ü gecə saatlarında tədricən zəifləyəcək: "Yanvarın 4-ü gündüz və 5-də Bakıda və Abşeron yarımadasında arabir güclənən cənub qərb küləyi əsəcək".

03.01.2024 17:59
1585

(MGID): :
OXŞAR XƏBƏRLƏR