667fe21d2f7fe202406242949
“Kürd Amo” vəfat etdi - FOTO

Goranboyda 40 yaşlı piyada avtomobilin altında qalaraq vəfat edib. 

Panarama.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Veyisli kəndində qeydə alınıb.

"Ford Fusion" markalı minik maşını ilə hərəkətdə olan Tarzan Şamilov həmkəndlisi Əhməd Ərəbovu vurub. Ağır xəsarət alan Ə.Ərəbov xəstəxanada ölüb.

Əldə etdiyimiz ilkin məlumata görə, mərhum Əhməd Ərəbov kənddə "Kürd Amo" kimi tanınıb. O, 3 il əvvəl külli miqdarda qanunsuz narkotik dövriyyəsinə görə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. 

"Kürd Amo"nun yaxınları və şahidlər iddia edir ki, qohumu Tarzan Şamilov hadisəni qəsdən törədib. Belə ki, sürücünün maşınla mərhumun üstündən bir neçə dəfə keçdiyi də deyilir.

T.Şamilov artıq polis əməkdaşları tərəfindən saxlanılıb. İstintaq bütün iddialarla bağlı araşdırma aparır.


18.07.2024 10:08
738

(MGID): :
OXŞAR XƏBƏRLƏR