64dcfbcceac53202308233940
Kürdəmirdə avtomobil kanala aşıb, ölənlər var - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kürdəmir rayonunun Şüşün kəndində hərəkətdə olan avtomobilin suvarma kanalına düşməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Panaram.az Lent.az-a istinadən  FHN-dən  verilən xəbərə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində “Mitsubishi” markalı avtomobildə sıxılı vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***
Saat 18:10

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Panaram.az   Lent.az- a istinadla xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunda, rayonun Qaramahmudlu kəndi ərazisində qeydə alınıb. "Mitsubishi" markalı maşının idarəetmədən çıxaraq su arxına aşması nəticəsində 2 nəfər hadisə yerində ölüb. Meyitlər aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


16.08.2023 20:38
218

(MGID): :
OXŞAR XƏBƏRLƏR