653ea85bb9a67202310234547
Kürdəmirdə faciə- Biri mal dərmanı ilə, o biri isə...

Kürdəmirdə iki azyaşlı kimyəvi maddə içərək zəhərlənib.

Panarama.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Köhünlü və Ərşəli kəndlərində qeydə alınıb.

Belə ki, rayonun Köhünlü kənd sakini, 2019-cu il təvəllüdlü Tağızadə M.V. oğlu səhvən mal dərmanı, rayonun Ərşəli kənd sakini, 2022-il təvəllüdlü Hüseynov İ.R. oğlu isə səhvən Naftalan yağı içərək zəhərlənib.

Hər iki uşaq dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda fakt araşdırılır.

29.10.2023 22:45
364

(MGID): :
OXŞAR XƏBƏRLƏR