64d90742b79ba202308233930
Kürdəmirdən acı XƏBƏR GƏLDİ - Yaralılar var

Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Panarama.az Referans.az-a istinadən  xəbər verir ki, hadisə bu gün gündüz saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

 

"Mercedes" markalı minik maşını ilə yük maşını toqquşub. Nəticədə 2 nəfər müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. 


Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

13.08.2023 20:38
192

(MGID): :
OXŞAR XƏBƏRLƏR