Bu gün Laçın sərhəd buraxılış məntəqəsində ermənilər növbəti təxribat törətməyə cəhd ediblər.
Panarama.az xəbər verir ki, bu barədə Real TV məlumat yayıb.
Məlumata görə, Beynəlxalq Qırımızı Xaç Komitəsinin xətti ilə Qarabağdan Ermənistana gedən maşın karvanının içərisindəki təcili tibbi yardım avtomobilinin arxa şüşəsində qondarma "Dağlıq Qarabağ Respublikası"nın gerbi yapışdırılmışdı. Azərbaycan sərhədçilərinin tələbi ilə o, oradan qoparılıb, təxribatın qarşısı alınıb.