Latviyanın Baş naziri Krişyanis Karinş istefa verdiyini açıqlayıb.
Panarama.az KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə “rus.lsm.lv” portalı məlumat yayıb.
Bununla bağlı o, “X” sosial şəbəkəsində yazıb.
Baş nazirin sözlərinə görə, avqustun 17-də respublika prezidenti Edqars Rinkeviçsə müvafiq ərizəni təqdim edəcək.
Xatırladaq ki, K.Karinş 23 yanvar 2019-cu ildən Latviyanın Baş naziri postunu tuturdu.