66d38f1e2e6d4202409244606
Lənkəranda qonşular arasında xoruza görə dava: Xəsarət alanlar var

Lənkəranda qonşular arasında baş verən davada beş nəfər xəsarət alıb, onlardan üçü bıçaqlanıb.

APA-nın məlumatına görə, qonşular arasında baş verən dava toyuq-cücə üstündə yaranıb. Belə ki, qonşuların saxladıqları heyratı xoruzu digərinin həyətinə keçib. Nəticədə, Lənkəran rayonunun Vel kəndində 1957-ci il təvəllüdlü Nərminə Əlişah qızı Hüseynova, 1970-ci il təvəllüdlü Nəzər Ağababa oğlu Hüseynov, 1996-ci il təvəllüdlü Əlişah Nəzər oğlu Hüseynov çəpər qonşuları olan 1980-cı il təvəllüdlü Seymur Möhübbət oğlu Hacıyev və atası 1952-ci il təvəllüdlü Möhübbət Mirzəhüseyn oğlu Hacıyevlə əlbəyaxa olublar. Kütləvi dava nəticəsində üç nəfər bıçaqlanıb, iki nəfər isə xəsarət alıb. Xəsarət alanlar Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, avqustun 31-də saat 17:20 radələrində Lənkəran rayonu Vel kəndi sakinləri dörd nəfər (kişi cinsli), bir nəfər (qadın cinsli) başın sol ənsə payının didilmiş-əzilmiş yarası, qarnın sol payının deşilmiş yarası, sağ bazunun qançırı, döşün aşağı 1/3-nin deşilmiş yarası diaqnozları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə daxil olublar.

Yaralılara zəruri ilkin tibbi yardım göstərilib. Xəsarət alanlardan birinin vəziyyətinə uyğun olaraq müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Digər yaralılar ambulator müalicə üçün evə buraxılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, şəxsi münasibətlər zəminində baş vermiş həmin insidentlə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin olunub.

Araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək.


01.09.2024 01:44
261

(MGID): :
OXŞAR XƏBƏRLƏR